Daha iki PSJ-li “Barselona” ilə oyunu buraxa bilər
06.04.2015 - 17:44
Daha iki PSJ-li “Barselona” ilə oyunu buraxa bilər

PSJ daha iki futbolçusunu itirib. Apasport.az-ın goal.com-a istinadən məlumatına görə, “Marsel”lə La Liqa matçında müdafiəçi David Luiz və yarımmüdafiəçi Tiaqo Motta zədələnib.

 

Paris klubu çempionatın XXXI turu çərçivəsində 3:2 hesablı qələbə qazansa da, buna doyunca sevinə bilməyib. Çünki həm Luizin, həm də Mottanın qarşılaşmanın gedişində əzələsi dartılıb. Hər iki oyunçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə keçiriləcək ilk görüşü buraxa bilər.

 

Həmçinin qırmızı vərəqə cəzalısı olan hücumçu Zlatan İbrahimoviç və yarımmüdafiəçi Marko Verratti də həmin oyunda iştirak etməyəcək.

 

Qeyd edək ki, PSJ – “Barselona” görüşü aprelin 15-də keçiriləcək.

0