Daniel Axtyamovdan yeni xəbər
17.02.2014 - 16:11
Daniel Axtyamovdan yeni xəbər

Azərbaycan millisinin sabiq futbolçusu Daniel Axtyamovun yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına gör, qış fasiləsində “Sumqayıt”da baxışda olan, lakin bəyənilməyən 29 yaşlı hücumçu mini-futbola üz tutub.

 

Sonuncu komandası - Rusiyanın “Titan” klubuna da lazım olmayan Axtyamov Moskva vilayətinin Klin şəhərində Uşaq-Gənclər İdman Məktəbinin komandasında çıxış edəcək. O, artıq yeni komandasının heyətində fərqlənməyə də macal tapıb.
 

Belə ki, mini-futbol üzrə Klin şəhər birinciliyinin XIV turunda “Şerif”ə qarşı forma geyinən Daniel 8:3 hesabı ilə qalib gəldikləri görüşdə 1 qol vurub.
 

Qeyd edək ki, Axtyamov ölkəmizdə “İnter”, “Gəncə”, “Olimpik” və “Simurq”un şərəfini qoruyub. 2004-2009-cu illərdə millinin formasını geyinən forvard daha öncə də mini-futbol oynayıb. O, 2012/313 mövsümündə Rusiyanın regionlararası çempionatda iştirak edən “Aist” klubunda çıxış edib.