Danimarkalıların Bakıda qazanılan ilk 3 xalı
14.09.2014 - 01:00
19 yaşadək qız futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının II seçmə qrupuna start verilib. Apasport.az saytının məlumatına görə, millimizin ilk oyununda Ukrayna yığmasına 0:1 hesabı ilə uduzduğu görüşdən sonra Danimarka ilə Kipr qarşılaşıb.
Matçda danimarkalılar 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, sentyabrın 15-də Kipr – Ukrayna və Danimarka – Azərbaycan oyunları keçiriləcək.
0
0