Darmadağınla çempion
02.06.2014 - 09:59
Monteneqro çempionunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, “Sutyeska” klubu ardıcıl 2-ci dəfə ölkəsinin ən yaxşısı olub.
Nikşiç təmsilçisi buna son turda nail olub. “Deçiç”i 4:0 hesabı ilə məğlub edən çempion xal hesabını 63-ə çatdırıb. Onların ən yaxın izləyicisi “Lovçen” isə “Moqren”ə 1:2 hesabı ilə uduzub və xal hesabı 59-da qalıb.
Qeyd edək ki, “Sutyeska” Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.
0
0