Daşdəmirovla Məmmədov üçün tanış rəqib
23.06.2014 - 15:58
Daşdəmirovla Məmmədov üçün tanış rəqib

Avropa Liqasının I təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşacaq Moldova “Tiraspol”u paytaxt təmsilçisinin üzvləri üçün yad deyil. Apasport.az saytının məlumatına görə, “bankirlər”in 2 üzvü avrokuboklarda bu rəqibə qarşı oynayıb.

 

2006/07 mövsümündə İntertoto kubokunda tiraspollularla üz-üzə gələn digər komandamız – “MKT-Araz”ın formasını geyən Asif Məmmədovla Arif Daşdəmirov 8 ildən sonra qisas almağa çalışacaq.

 

Çünki həmin vaxt İmişlidə 1:0 hesabı ilə qalib gələn təmsilçimiz səfərdə 2 cavabsız qol buraxmışdı. Hər iki oyunçu da həmin matçların iştirakçısı olmuşdu. Təmsilçimizin yeganə qolu isə Marçel Reşitkanın hesabındadır.

 

Ümumiyyətlə də zəif Moldova klubları təmsilçilərimiz üçün kabusa çevrilib. İndiyədək avrokuboklarda 5 dəfə yolları kəsişən iki ölkə təmsilçilərinin duellərində həmişə moldovalılar sevinib.

 

Komandalarımız 1 dəfə əlavə vaxt, 1 dəfə penaltilər seriyası, 1 dəfə səfər qolu ilə məğlub olub. Yalnız iki dəfə moldovalılar 180 dəqiqədə təmiz qələbə qazanmağı bacarıb. Ümumilikdə isə bizimkilər 1, moldovalılar 4 qələbə qazanıb. Digər 5 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində də rəqiblərimiz üstündür – 8:11.

 

UEFA kuboku

2005/06. “Nistru” – “Xəzər Lənkəran” – 3:1, 2:1

2006/07. “Zimbru” – “Qarabağ” – 1:1, 2:1 (əlavə avxtda)
 

İntertoto kuboku

2006/07. “MKT-Araz” – “Tiraspol” – 1:0, 0:2

2007/08. “Bakı” - “Daçiya” – 1:1, 1:1, pen. 1:3
 

Avropa Liqası

2010/11. “Olimpiya” – “Xəzər Lənkəran” – 0:0, 1:1

0