David Vilya Amerikaya üz tutur
30.05.2014 - 06:52
David Vilya Amerikaya üz tutur

 

“Atletiko Madrid”in hücumçusu David Vilya yay mövsümündə komandanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin oyunçusu karyerasını “Nyu-York Siti”də davam etdirəcək.

 

Amerikalılar Vilyaya 3 illik müqavilə təklif ediblər. Hələlik müqavilənin məbləği sirr olaraq saxlanılır. Qeyd edək ki, Vilya hazırda “Atletiko”da ildə 5 milyon dollar alır.

 

İddiaya görə, “Nyu-York Siti”də Vilya keçmiş həmklubu Xavi ilə bir yerdə oynaya bilər. Xavi gələcəyi ilə bağlı dünya çempionatından sonra qərar qəbul edəcək.