“Atletiko”nun təcrübəli hücumçusu David Vilya növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ötən gün La Liqa çərçivəsində keçirilən “Real Sosyedad” matçında zədələnib.
Tibbi müayinədən keçən ispaniyalı forvardın 10 gün yaşıl meydanlardan uzaq qalacağı deyilir. Bununla da, onun İspaniya kubokunun yarımfinalındakı “Real” və Çempionlar Liqasındakı “Milan” matçlarında meydana çıxması şübhə altındadır.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Vilya ötən il digər La Liqa təmsilçisi “Barselona”dan Madrid klubuna keçib.