David Vilyanın 10 gün ərzində ikinci komandası
06.06.2014 - 01:43
David Vilyanın 10 gün ərzində ikinci komandası

 

İspaniya millisinin hücumçusu David Vilya karyerasında yeni səhifə açıb. Apasport.az saytının məlumatına görə, bir neçə gün öncə “Nyu-York Siti” ilə müqavilə bağlayan futbolçu indi də Avstraliyanın “Melbrun Siti” klubu ilə müqaviləyə imza atıb.

 

“Atletiko Madrid”lə yollarını ayıraraq ABŞ-a yollanan Vilyanın təxminən 10 ay ərzində nə işlə məşğul olacağı çoxlarını düşündürürdü. Məsələ ondadır ki, ABŞ-da çempionat gələn ilin martında başlayacaq. Vilya bu boşluğu doldurmaq üçün yol tapıb. 32 yaşlı futbolçu 3 ay ərzində icarə əsasında Avstraliyanın “Melburn Siti” klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, həm “Nyu-York Siti”, həm də “Melburn Siti” klublarının səhmlərinin nəzarət paketi “Mançester Siti” klubuna məxsusdur.

 

 

0