De Xeanın transfer qiyməti açıqlandı
20.01.2015 - 16:52
De Xeanın transfer qiyməti açıqlandı

“Mançester Yunayted” rəhbərliyi komandanın əsas qapıçısı David de Xeanın transfer qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı qolkiperi almaq istəyən 50 milyon funt-sterlinq xərcləməlidi.

 

De Xea ilə yaxından maraqlanan klub Madrid “Real”ıdı. İspanlar istedadlı çərçivə qoruyucusunu heyətlərinə qatmaq arzusundadılar. Ancaq “Mançester Yunayted” rəhbərliyi de Xeanı əldən buraxmaq istəmir. Məhz bu səbəbdən klub rəhbərliyi ona bu məbləğdə transfer qiyməti qoyub.

 

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan David de Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.