[b]Dejan Blajevski baş məşqçini günahlandırır[/b]
17.05.2014 - 15:43
[b]Dejan Blajevski baş məşqçini günahlandırır[/b]

“Milli komandaya çağırılmamağımın səbəbini baş məşqçi daha yaxşı bilir”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Dejan Blajevski deyib.

Makedoniya yığmasına çağırılmamağının səbəbini açıqlayan Blajevski baş məşqçini günahlandırıb: “Millinin baş məşqçisi Boşko Qurovski məni bəyənmir. Ona görə də heyətə dəvət etməyib”.