Del Boske: Kosta dünya çempionatını buraxa bilər
30.05.2014 - 06:13
Del Boske: Kosta dünya çempionatını buraxa bilər

İspaniya yığmasının baş məşqçisi Visente del Boske Dieqo Kostanın azarkeşlərini şoka salan açıqlama ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, o, “Atletiko”nun hücumçusunun dünya çempionatına aparılmayacağını istisna etməyib.

 

Kosta bir gün əvvəl dizaltı əzələlərin zədəsi səbəbindən İspaniya yığmasının məşqini yarımçıq tərk edib. Del Boske Kosta ilə bağlı vəziyyətin sual altında olduğunu bildirib: “Bizim Kosta ilə bağlı qərar qəbul etmək üçün vaxtımız var. Çox şey həkimlərin mövqeyindən asılı olacaq. Onun zədə problemi olduğunu gizlətməyə hazırlaşmırıq. Hazırda Kostanın dünya çempionatına gedəcəyinə əmin deyiləm”.