Del Boske: Milliyə gələcəyə hesablanmış oyunçuları çağırmışam
30.08.2014 - 05:32
Del Boske: Milliyə gələcəyə hesablanmış oyunçuları çağırmışam

 

İspaniya millisinin baş məşqçisi Visente del Boske Fransa ilə yoldaşlıq, Makedoniya ilə isə Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirəcəkləri oyunlara çağırdığı futbolçularla bağlı şərh verib. Apasport.az saytının məlumatına görə, baş məşqçi ilk dəfə 4 yeni oyunçu çağırıb.

 

Del Boske hazırkı heyətin gələcək üçün nəzərdə tutulan heyət olduğunu vurğulayıb: “Bir qədər öncə baş verən hadisələr nəzərə alınsa, bu, xüsusi heyətdir. Bu hadisə bizim dünya çempionatındakı ursuzluğumuzdan sonra baş verib və biz gələcəyə doğru baxmalıyıq. Qarşıda isə 2 çətin oyun var”.