Del Pyero “Yuventus”a qayıdır
11.02.2014 - 00:30
Del Pyero “Yuventus”a qayıdır

Məşhur italiyalı hücumçu Alessandro Del Pyero futbolçu karyerasını məşqçiliyə dəyişə bilər. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı forvard sabiq klubu “Yuventus”a qayıtmaq fikrindədir.

 

Belə ki, hazırda Avstraliya təmsilçisi “Sidney”də çıxış edən futbolçunun müqaviləsi mövsüm sonunda başa çatır. Onun klubu ilə yeni sözləşmə imzalamayacağı və məşqçi olaraq Turin təmsilçisinə qayıdacağı deyilir.

 

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2012-ci ilin sentyabr ayında “Sidney”ə keçib. O, 1993—2012-ci illər ərzində “Yuventus”un formasını geyib.