Del Pyero Avstraliya klubunu tərk edir
15.03.2014 - 03:22
Del Pyero Avstraliya klubunu tərk edir

Avstraliyanın “Sidney” klubunun futbolçusu Alessandro Del Pyero mövsümün sonunda komandanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, 39 yaşlı italiyalı əvvəlki şərtlərlə komanda ilə müqaviləsini uzatmaqdan imtina edib.

 

Del Pyero Avstraliyaya 2012/2013-cü illər mövsümündə keçib. O, indiyə kimi klubun heyətində 43 oyun keçirərək 22 qol vurub. Futbolçunun bundan sonra nə ilə məşğul olacağı məlum deyil. Qeyd edək ki, bundan əvvəl o, professional karyerasını başa vurmaq üzərində düşündüyünü dilə gətirmişdi.

 

 

0