Demyanenko: Özbəkistanda Azərbaycandan daha uğurlu oldum
11.12.2014 - 14:11
Demyanenko: Özbəkistanda Azərbaycandan daha uğurlu oldum

“Ukraynadan kənarda Azərbaycan və Özbəkistanda məşqçilik etmişəm. Buna görə də xaricdə işləməkdən qorxmuram. Amma təklif gələcək ölkənin futbolundan da çox şey asılıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna futbolunun canlı əfsanəsi Anatoli Demyanenko deyib.

 

Qazaxıstan mətbuatına müsahibə verən 55 yaşlı mütəxəssis qısaca Azərbaycanda çalışdığı dövrə də toxunub. Amma o, Özbəkistandakı işinin daha səmərəli olduğunu deyib: “Əvvəlcə Azərbaycanda, ardından isə Özbəkistanda işlədim. Amma deməliyəm ki, Özbəkistanda “Nasaf”la daha uğurlu olduq. Ağır oyunlar keçirsək də, yaxşı nəticələrimiz oldu. Xüsusən də, Asiya Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımızı qeyd etməliyəm. Bu, UEFA Avropa Liqası qədər nüfuzlu turnirdi”.

 

Qeyd edək ki, Anatoli Demyanenko 2008-ci ildə ölkəmizdə “Neftçi”ni çalışdırıb.