Denis Çerışev: Rəqibi hər cəhətdən üstələdik
04.09.2014 - 09:33
“Biz bu qarşılaşmada qələbəyə layiq idik. Rəqibi hər cəhətdən üstələdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Denis Çerışev deyib.
Yarımmüdafiəçi Azərbaycan yığması ilə yoldaşlıq oyunundakı 4:0 hesablı qələbədən razı qalıb: “Amma əminəm ki, millimiz daha yaxşı oynaya bilər. Elə mənim özüm də. Yığmaya qayıtmağım və oyun praktikası qazanmağım üçün çox razıyam. Bundan sonra üzərimdə daha çox çalışacam. Yeganə xoş olmayan məqam azarkeşlərin sayıdır. Milli yarıboş deyil, dolu tribunalar önündə oynamalıdır”.
0
0