Dənizli futbolçularına istirahət vermədi
20.02.2014 - 01:48
Dənizli futbolçularına istirahət vermədi

Dünən “Bakı” ilə oyunda Mustafa Dənizlinin başçılığında ilk məğlubiyyətini alan “Xəzər Lənkəran” istirahətsiz hazırlaşacaq. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün saat 11:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq.

 

“Bakı” ilə matçda ehtiyat skamyada keçirən, eləcə də sonradan əvəzetmə ilə meydana daxil olan futbolçuların qatılacağı hazırlıq prosesi zamanı oyunda iştirak edən komanda üzvləri bazada qısa müddət ərzində istirahət edəcəklər.

 

Məşqin ardından komanda günorta yeməyində yenidən bir araya gələcək. Saat 13:30-da isə Cənub təmsilçisi tam heyətlə Lənkəranı tərk edərək Bakıya yollanacaq. “Xəzər Lənkəran” paytaxta çatdıqdan sonra “Sheraton Hotel Baku”-da məskunlaşacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXIII turu çərçivəsində səfərdə AZAL-la üz-üzə gələcək. Bu qarşılaşma fevralın 23-də saat 17:00-da “AZAL Arena” stadionunda keçiriləcək.

 

Mənbə: 12cioyuncu.info