Dənizlinin bəyənmədiyi futbolçu “Spartak”a keçdi
24.01.2014 - 19:02
Uzun müddət Azərbaycan çempionatında top qovan “Xəzər Lənkəran”ın bolqarıstanlı müdafiəçisi Radomir Todorov özünə yeni komanda tapıb. Apasport.az saytının xəbərinə görə, o, Varnanın “Spartak” klubu ilə anlaşıb. Müdafiəçi cənub təmsilçisi ilə müqavilə müddəti başa çatdıqdan sonra klubdan göndərilənlər siyahısında yer almışdı.
Qeyd edək ki, Todorov “Xəzər Lənkəran”a məhz Varna “Spartak”ından gəlmişdi.
Sabir Bacaran
0
0