Dənizlinin Türkiyəyə getməsinin səbəbi açıqlandı
31.03.2014 - 14:14
Dənizlinin Türkiyəyə getməsinin səbəbi açıqlandı

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizlinin vətəni Türkiyəyə dönməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssis köməkçisi Oğuz Çətinlə seçkilərdə iştirak etmək üçün İstanbula yollanıblar.

 

Belə ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Dənizli ilə Çətin vətəndaşlıq borclarını yerinə yetirmək üçün uzaq məsafəni qət ediblər.

 

Çətin bu axşam, Dənizli isə sabah Azərbaycana qayıdacaq.

 

Qeyd edək ki, seçkidə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qalib gəlib.