Hollandiya futbolunun canlı əfsanəsi Dennis Berqkamp baş məşqçiliyə başlaya bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “Arsenal”ın sabiq forvardı elə bu ölkədə çalışmağa hazırlaşır.
Stiv Klarkla yollarını ayıran “Ridinq” klubu baş məşqçi postunu məhz Berqkampa həvalə etmək niyyətindədi. “Çempionşip” təmsilçisi 46 yaşlı mütəxəssisin onları Premyer Liqaya qaytaracağına inanır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, futbolçu karyerasını 2006-cı ildə başa vuran Berqkamp “Ayaks” və Hollandiyanın gənclər yığmasında köməkçi məşqçi qismində çalışıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı