Derbidə Hacı sürprizi
01.04.2014 - 21:48
Derbidə Hacı sürprizi

 

Türkiyə çempionatının növbəti turunda “Qalatasaray” və “Fənərbaxça” arasında keçiriləcək derbidə sürpriz gözlənilir. Apasport.az saytının məlumatına görə, derbidə simvolik olaraq topu oyuna “Qalatasaray”ın əfsanəsi Hacı daxil edəcək.

 

“Aslanların” UEFA Kuboku və Avropa Superkubokunu qazanmasında həlledici rollardan birini oynayan rumıniyalı əfsanə matçdan əvvəl klub tərəfindən mükafatlandırılacaq. Hacı bununla bağlı “Facebook” səhifəsində yazıb: “Ailəm ilə birlikdə yeni bir möhtəşəm günü yaşamaq üçün aprelin 6-da İstanbula gəlirəm. “Qalatasaray”ın əfsanələri sırasına daxil olmaq və derbidə topu simvolik olaraq oyuna daxil etmək mənim üçün böyük şərəfdir. “Fənərbaxça”ya qarşı oyunda “Qalatasaray”ın yanındayam”.