Derlis Meza Kolli “İnter”də qalacaq
22.01.2015 - 12:26
Bakının “İnter” klubunun futbolçusu Derlis Meza Kolli mövsümü indiki komandasında başa vuracaq. Bu məlumatı apasport.az saytına komandanın baş məşqçisi Kaxaber Sxadadze verib.
O bildirib ki, Türkiyənin “Kasımpaşa” klubuna keçəcəyi iddia edilən paraqvaylı yarımmüdafiəçi “İnter”də qalacaq. Sxadadze Superliqa təmsilçisi ilə danışıqıların aparılmadığını da qeyd edib: “O, heç yerə getmir. Futbolçu müqaviləsinin sonuna qədər komandada qalır. Hazırda Derlisə görə “Kasımpaşa” ilə heç bir danışıq aparılmır”.
Qeyd edək ki, Kolli 2013-cü ilin sentyabrından “İnter”də çıxış edir.
0
0