Deşam Nəsrinin nişanlısını məhkəməyə verdi
17.05.2014 - 02:35
Deşam Nəsrinin nişanlısını məhkəməyə verdi

 

Futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam “Mançester Siti”nin hücumçusu Samir Nəsrinin nişanlısından şikayət edib. Apasport.az saytının məlumatına görə, iş Paris Ali Məhkəməsindədir.

 

Deşam ötən həftə Fransanın dünya çempionatında çıxış edəcək yığmasının heyətini açıqlayıb. Nəsri bu heyətə düşməyib. Bundan sonra futbolçunun nişanlısı Anara Atanas sosial şəbəkədə Deşamın seçimini tənqid edib, onun özünün barəsində isə təhqiramiz ifadələr işlədib. Anara ertəsi gün sözlərinə görə üzr istəsə də, artıq xəbər bütün dünya mətbuatında dolaşıb.

 

Fransa Futbol Federasiyası Nəsrinin nişanlısının ifadələrini pisləyib və bu yekdil qərarın kifayət olduğunu deyib. Amma Deşam bəyanatı kifayət hesab etməyib və məhkəməyə müraciət edib.