"Futboldansa reqbini üstün tuturam" - Devid Bekhem
07.12.2015 - 22:33
"Futboldansa reqbini üstün tuturam" - Devid Bekhem

İngiltərə milli komandasının və “Mançester Yunayted”in keçmiş kapitanı Devid Bekhem reqbiyə tamaşa etməyi futbola baxmaqdan üstün tutduğunu bildirib. Apasport.az saytının məlumatına görə, “The Telegraph”a müsahibəsində bu nüansa toxunan keçmiş futbolçu reqbi idmanının onun çox xoşuna gəldiyini bildirib.

 

“Reqbi mənim çox xoşuma gəlir. Bəzi matçlara tam və ya bəzi oyunların epizodlarına baxmağı çox sevirəm. “Tvikenhem”də (Londonda reqbi arenası) reqbi izləmək futbola baxmaqdan daha xoşdu” – deyə məşhur futbolçu fikirlərini açıqlayıb.

 

Qeyd edək ki, Bekhem futbol üzrə 6 qat İngiltərə, bir dəfə İspaniya və Fransa çempionu, Çempionlar Liqasının qalibi, 2 qat İngiltərə kubokunun çempionu, bir dəfə Amerika Liqası birincisi və bir dəfə də İspaniya Super Kubokunun qalibi olub.