“Önümüzdəki illərdə YUNİSEF ilə əməkdaşlıq etmək və uşaqlara yardımçı olmağı plaşdırıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə yığmasının, həmçinin “Mançester Yunayted” və Madrid “Real”ının keçmiş yarımmüdafiəçisi Devid Bekhem deyib.
Ehtiyacı olan və xəstəlikdən əziyyət çəkən uşaqlara yardım kampaniyasına qoşulmaq istəyən Bekhem bunları əlavə edib: “Futbolçu karyeramı artıq bitirmişəm. Buna görə də, indi daha çox boş vaxtım var. Həmin vaxtımı xeyriyyə işlərinə sərf etmək istəyirəm. İstəyirəm ki, övladlarım öz ataları ilə fəxr etsinlər”.
Qeyd edək ki, Bekhem karyerası ərzində, həmçinin “Milan”, “Los Anceles Qalaksi” və PSJ klublarının da formasını geyinib.