Deyan Kelhar: “Srvena Zvezda”nın təklifindən heç kim imtina etməz
03.02.2014 - 14:31
Deyan Kelhar: “Srvena Zvezda”nın təklifindən heç kim imtina etməz

 

“Srvena Zvezda”nın maraq dairəsinə düşməyim sevindiricidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Deyan Kelhar deyib.

 

Klubunda heyətə düşməkdə çətinlik çəkən sloveniyalı müdafiəçi adının son vaxtla Serbiya “Srvena Zvezda”sı ilə yanaşı hallanmasına münasibət bildirib: “Bu klubun dünya futbolundakı çəkisi hamıya məlumdur. Belə bir təklifdən heç kim imtina etməz. Lakin mən deyə bilmərəm ki, keçidimlə bağlı ciddi nə isə var. Futbolda rəsmi müqavilə imzalanana qədər heç nə demək olmur. Buna görə də bir az gözləmək lazımdır”.

 

Qeyd edək ki, Kelhar cari mövsüm Topaz Premyer Liqasında 7 matç keçirib və 252 dəqiqə meydanda olub.