Deyan Kelhar: Sözümü meydanda deyəcəm
05.02.2014 - 12:05
Deyan Kelhar: Sözümü meydanda deyəcəm

 

“Srvena Zvezda” kimi böyük kluba keçdiyim üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”dən ayrılan Deyan Kelhar deyib.

 

Serbiyanın “Srvena Zvezda” klubuna keçən sloveniyalı müdafiəçi təqdimat mərasimində iddialı danışıb: “Özüm haqda nə isə demək istəmirəm. Sözümü meydanda deyəcəyəm. Məşqçilərin mənə inamını doğrultmaq üçün hər şey edəcəm. Ümid edirəm ki, yeni komandama, oyun sisteminə tez uyğunlaşacam. Komandanın sloveniyalı baş məşqçisi Slavişa Stoyanoviç və digər həmyerlim yarımmüdafiəçi Nejç Peçniklə tanışlığım var. Komandanın indiki durumundan da xəbərdaram”.

 

Klub rəsmisi Blaje Radosavlyeviç isə Kelharı məcburiyyətdən transfer etdiklərini bildirib:

“Əslində, biz müdafiə xəttinə başqa müdafiəçi gətirirdik. Lakin onun keçidini qısa müddətdə həll edə bilmədik. Bu üzdən baş məşqçimiz Stoyanoviçin təklifi ilə Kelharı transfer etdik”.