Di Mariya qərarını verdi
04.04.2015 - 15:30
Di Mariya qərarını verdi

“Mançester Yunayted”in argentinalı futbolçusu Anxel Di Mariya klubunu dəyişəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi hazırkı komandasında xoşbəxt olduğunu bildirib.

 

Di Mariya ilə uzun müddətdi ki, PSJ yaxından maraqlanır. Paris klubu nəyin bahasına olursa-olsun, onu heyətinə qatmaq niyyətindədi. Ancaq təcrübəli futbolçu “Mançester Yunayted”dən ayrılmaq haqda düşünmür.

 

Qeyd edək ki, Argentina yığmasının da üzvü olan Di Mariya “Mançester Yunayted”ə ötən ilin yayında Madrid “Real”ından transfer olunub.