Di Mariyanın meneceri Parisə yollandı
09.07.2015 - 10:26
Di Mariyanın meneceri Parisə yollandı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Anxel di Mariya karyerasını PSJ-də davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, artıq tərəflər arasında danışıqlara start verilib.

 

Argentinalı futbolçunun meneceri Jorje Mendeş bu məqsədlə Parisə yollanıb. Mendeş bu gün Fransa klubunun rəhbərliyi ilə danışıq aparacaq. PSJ bu transfer üçün “Mançester Yunayted”ə 60 milyon avro təklif edəcək. Di Mariya keçidə razılıq versə, onun ordakı illik məvacibi 18 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Anxel di Mariya “Bavariya”nın da maraq dairəsindədi.