Di Mariyanın PSJ-yə keçidi “Real”a pul qazandırdı
05.08.2015 - 12:31
Di Mariyanın PSJ-yə keçidi “Real”a pul qazandırdı

Anxel Di Mariyanın PSJ-yə transferi “Mançester Yunayted”lə yanaşı, onun keçmiş komandası “Real”a da pul qazandırıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu” bu keçiddən 8 milyon avro gəlir əldə edib.

 

Məsələ burasındadı ki, Di Mariya ötən il “Real”dan “Mançester Yunayted”ə transfer ediləndə hər iki klubun razılığı ilə müqaviləyə əlavə bənd salınmışdı. Həmin bəndə görə, “Mançester Yunayted” argentinalı yarımmüdafiəçini başqa kluba satacağı təqdirdə, ispanlara həmin məbləğin bir neçə faizini ödəməlidi. Di Mariya isə PSJ-yə 63 milyon avroya başa gəlib ki, bunun da 8 milyonu məhz “Real”a çatacaq.

 

Qeyd edək ki, artıq PSJ-də tibbi müayinədən keçən Di Mariyanın bu gün yeni klubu ilə rəsmi müqavilə imzalaması gözlənilir.