Di Natale karyerasını başa vurmaq fikrindən daşındı
20.05.2014 - 02:31
Di Natale karyerasını başa vurmaq fikrindən daşındı

 

“Udineze”nin forvardı Antonio di Natale daha bir il futbol oynamaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, buna qədər 36 yaşlı futbolçu bu mövsümün karyerasında sonuncu olacağını bildirirdi.

 

Di Natale İtaliya çempionatının son turunda “Sampdoriya”nın qapısından 3 qol keçirib və mövsümü 17 qolla başa vurub. Oyundan sonra futbolçunun fikrini dəyişəcəyi barədə söz-söhbət gəzməyə başlayıb. “Udineze”nin prezidenti Campaolo Potso isə bunun həqiqətə uyğun olduğunu, klubun və futbolçunun müqaviləni daha 1 il müddətinə uzatmaq istədiklərini bildirib.

 

İtaliya mətbuatı veteran futbolçunun futbolda qalmaqla bağlı qəti qərar qəbul etdiyini yazır. Bununla bağlı yaxın günlərdə rəsmi məlumat veriləcək.