Dieqo Kosta: “Milan”la işimiz hələ bitməyib
20.02.2014 - 07:55
Dieqo Kosta: “Milan”la işimiz hələ bitməyib

Madrid “Atletiko”sunun hücumçusu Dieqo Kosta Çempionlar Liqasının 1/8 finalındakı “Bavariya” matçı ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə,  “Canal+”a danışan təcrübəli futbolçu İtaliya təmsilçisi üzərindəki 0:1 hesablı qalibiyyəti dəyərləndirib:

 

“Çox çətin oyun oldu. Qol vurmaq üçün şansımız olacağını bilirdik. Ən üstün cəhətimiz komanda oyunu oynamağımız oldu. “Milan”la işimiz hələ bitməyib. İlk matçda sərfəli nəticə əldə etdik, amma rəqibimiz çox yaxşı komandadır. Buna görə də, rahatlaşmamışıq. Amma özümüzə də güvənirik. Çox güclü bir komandayıq”.