“Çelsi”nin hücumçusu Dieqo Kostanı cəza gözləyir. Apasport.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, Braziliya əsilli futbolçu Premyer Liqanın VI turu çərçivəsində “Arsenal”la (2:0) matçdakı hərəkətlərinin güdazına gedə bilər.
Yerli futbol federasiyası Kostanın məsələsinə Nizam-İntizam Komitəsində baxılacağını bəyan edib. Səbəb kimi isə London derbisində İspaniya millisi üzvünün hakimlər tərəfindən gözdən qaçan hərəkətləri göstərilib. Həmin epizodlar videogörüntü şəklində Nizam-İntizam Komitəsinə təqdim olunub. Kostanın görüşün gedişində rəqib müdafiəçisi Qabrieli təxribata çəkdiyi xüsusi vurğulanıb. Bu hərəkətlərinə görə, 26 yaşlı forvard 3 oyunluq cəzalandırıla bilər.
Qeyd edək ki, “Çelsi” – “Arsenal” oyununun 45-ci dəqiqəsində Dieqo Kosta əl-qol hərəkətləri ilə “topçular”ın müdafiəçisi Qabrieli qıcıqlandırmış və onun qırmızı vərəqə almasına səbəb olmuşdu.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"