Dieqo Madriqal: Azərbaycanda keçirdiyim 4 aydan məmnunam
22.05.2014 - 16:25
Dieqo Madriqal: Azərbaycanda keçirdiyim 4 aydan məmnunam

“Azərbaycanda keçirdiyim bu 4 aydan məmnunam. Oynamaq şansı qazandığım zaman hər şey qaydasında olur və indi ümid edirəm ki, növbəti birincilikdə də uğurlu çıxış edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in kosta-rikalı yarımmüdafiəçisi Dieqo Madriqal deyib.

 

“İnter”in qış fasiləsində heyətinə qatdığı futbolçulardan olan Dieqo Madriqal ölkəsinin mətbuatına danışıb. Avropadakı ilk karyerasında gümüş medal qazanan 25 yaşlı sol cinah yarımmüdafiəçisi əsas komandada 6 oyunda 3 qol vurub.

 

Son turda AZAL-la görüşdə (3:1) dubl edən şimali amerikalı oyunçu əvvəllər daha çox əvəzedici komandada çıxış etməsinə aydınlıq gətirib: “Başlanğıcda çempionata uyğunlaşmağım üçün demək olar ki, oynamaq şansı əldə etmirdim. Ancaq sonra onlar əmin oldular ki, oyunçu yaxşı artırıb. Mən Azərbaycana gələndə komanda artıq yaxşı hazırlıq keçmişdi. Ona görə də mən gözləməli idim. İndi isə məndə olan fərqli cəhətləri görməyə başlayıblar”.