Dieqo Madriqalın “İnter”ə keçidi rəsmiləşdi
11.02.2014 - 12:32
Dieqo Madriqalın “İnter”ə keçidi rəsmiləşdi

Kosta-rikalı yarımmüdafiəçisi Dieqo Madriqalın “İnter”ə keçidi rəsmiləşib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, qış transfer dövründə adı sifariş vərəqəsinə daxil edilən Madriqalın Topaz Premyer Liqasında çıxış etməsi üçün heç bir maneə qalmayıb. 25 yaşlı Madriqal yeni komandasında 27 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Kosta-Rikanın “Saprissa” klubundan gələn Madriqal ilk Avropa karyerasına məhz “İnter”də başlayacaq. Oyun quruculuğu olan Dieqo sol cinah yarımmüdafiəçisidir.