“La Liqanın cari mövsümü daha gərgin keçir. Hətta 3-cü yeri tutmaq arzumuz da reallaşmaya bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko” klubunun baş məşqisi Dieqo Simeone deyib.
Ötən mövsüm İspaniya çempionluğunu yaşamış argentinalı çalışdırıcı bu mövsümdə şanslarının az olduğunu deyib: “Birincilik uğrunda mübarizə “Barselona” və “Real” arasında gedir. Biz 3-cü ola bilərik. Amma bu da asan görünmür. Çünki “Valensiya” və “Sevilya” indi daha yaxşı oyun göstərirlər, onlar da iddialıdılar. “Vilyareal” da öz dəsti-xətti ilə seçilir. Qısası, Primeronun bu mövsümü daha gərgin və maraqlı keçir”.