Dieqo Simeone: “Barselona” ilə ən çətin qarşıdurma olacaq
31.03.2014 - 23:59
Dieqo Simeone: “Barselona” ilə ən çətin qarşıdurma olacaq

 

 

“Atletiko Madrid” futbol klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona”ya qarşı oyun barəsində danışıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi hər iki komandaya argentinalı mütəxəssisin başçılıq etdiyini və oyunun ən çətin matç olacağını vurğulayıb.

 

Simeone əmindir ki, “Barselona” qarşıdurmanın taleyini birinci oyundaca həll etməyə çalışacaq: “Yarımfinalda iki argentinalı üz-üzə gələcək. Biz Herardo Martini ilə həmişə klubun tələbini yerinə yetiririk. Martino həmişə ciddi uğurlara imza atan böyük klubda çalışır. “Atletiko”da isə klubun individuallığına üstünlük veririk və mən Argentina futbolunun təsirini buraya gətirə bilmərəm. Bu oyun “Barselona” ilə indiyə qədərki qarşıdurmaların ən çətini olacaq. Rəqibimiz çox gözəl formadadır və biz onu tam silahlanmış şəkildə görəcəyik. Onlar cavab görüşünü gözləməmək üçün hər şeyi birinci oyunda həll etməyə çalışacaqlar. Bizim favorit olduğumuzu söyləsəm, düzgün olmaz. Sadəcə demək istəyirəm ki, mübarizə aparacağıq. Kataloniyalıların Martinonun başçılığı altında titul əldə edə bilməyəcəklərini söyləmək səhv olardı. Onlar iştirak etdikləri üç turnirin hamısında qalib gələ bilərlər”.

 

 

0