“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İngiltərədə məşqçilik etmək arzusundadı. Apasport.az saytının məlumatına görə, argentinalı çalışdırıcının könlündən “Mançester Siti” klubunu çalışdırmaq keçir.
Simeonenin “Atletiko” rəhbərliyi ilə yeni müqavilə barəsində razılığa gəlmədiyi bildirilir. Buna onun “Mançester Siti” klubu ilə danışıq aparması səbəb göstərilir. Simeone Premyer Liqa təmsilçisinin cavabını gözləyir. Əgər ingilislər hazırkı çalışdırıcı Manuel Pelleqrinini göndərəcəklərinə dair söz versələr, Simeonenin “Atletiko”da qalmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, Simeone 2011-ci ildən “Atletiko"nun "sükanı arxasındadı".