“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone dünya çempionatında həm Braziliya-Almaniya, həm də Argentina-Hollandiya yarımfinallarının eyni səviyyəli olacağını bildirib. Apasport.az saytının məlumatına görə, Simeone Braziliyanın finalda Argentinaya qarşı oynayacağı təqdirdə, məğlub olacağını iddia edib.
Argentinalı mütəxəssis bunun Braziliya üçün ən pis variant olduğunu vurğulayıb: “Əgər belə bir oyun baş tutsa, Braziliya yığması öz evində oynamayacaq. Çünki finala 40 mindən çox argentinalı gələ bilər. Amma bunlar proqnozlardır. Əvvəlcə Braziliya Almaniyanı, Argentina isə Hollandiyanı məğlub etməlidir. Amma bu baş versə, Braziliya məyus olacaq. Çünki Argentinanın qələbə çalacağına əminəm”.