“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Fernando Torresin Madrid klubuna keçidini şərh edib. Apasport.az saytının məlumatına görə, argentinalı çalışdırıcı 30 yaşlı futbolçusunun gəlişini komanda üçün xisalkar hesab etmir.
Simeone bildirib ki, İspaniya millisinin hücumçusunun uyğunlaşması lazımdı: “Torresin keçidi çox səs-küyə səbəb oldu. O, tamamilə güclü komandaya gəlib. Fernando uzun müddətdir ki, bu klubda top qovub. Biz ümid edirik ki, o, öz bacarığı və ehtirası ilə “Atletiko”ya kömək edə biləcək. Fernando bura xilaskar kimi gəlmədi. Ona vaxt lazımdır ki, uyğunlaşsın. Amma onun keçidi komanda üçün xeyirli olacaq”.
Qeyd edək ki, “Milan” Torresi “Atletiko” icarəyə verib.