“Folfsburq”un futbolçusu Dieqo Ribas yenidən İspaniya La Liqasında çıxış edəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə “Kicker”ə danışan alman klubunun idman direktoru Klaus Allofs məlumat verib.
Allofs 28 yaşlı yarımmüdafiəçinin mövsüm sonuna qədər “Atletiko”ya (Madrid) icarəyə verildiyini deyib: “Dünən Madriddən bir təklif aldıq. Bu transferin mənfi və müsbətlərini müzakirə etdik, nəticədə icarəyə göndərilməsinə qərar verdik. Əgər onu satsaq, prestij cəhətdən düşüş yaşaya bilərik”.
Qeyd edək ki, braziliyalı futbolçu 2011-2012 mövsümündə də İspaniya təmsilçisinin formasını geyib.