İspaniyanın “Atletiko” futbol klubunun hücumçusu Diequ Kosta Çempionlar Liqasının 1/8 mərhələsinin cavab görüşündə “Milan”ın təhlükəli ola biləcəyini söyləyib. Apasport.az saytının məlumatına görə, hücumçu rəqibin səviyyəsini yüksək dəyərləndirib.
Xatırladaq ki, İtaliyada keçirilən ilk qarşılaşma zamanı “Atletiko” səfərdə 0:1 hesabı ilə qalib gəlib. Amma Kosta azarkeşlərə rahatlaşmamağı məsləhət görüb: “Əminəm ki, “Milan”a qarşı cavab görüşü çox çətin olacaq. Bizim rəqibimiz birinci oyunu uduzmasına baxmayaraq, çox gözəl komandadır. Hesab edirəm ki, italiyalılar oyuna qayıtmağa çalışacaqlar. Artıq növbəti mərhələyə keçdiyimizi düşünməyə dəyməz. “Milan” bütün hallarda “Milan”dır”.