Dik Advokat özünə yeni iş yeri tapdı
28.07.2014 - 19:25
Dik Advokat özünə yeni iş yeri tapdı

 

Məşhur məşqçi Dik Advokat özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Advokat bundan sonra Serbiya millisinə başçılıq edəcək.

 

Bu barədə Serbiya Futbol İttifaqının saytında bildirilir. 66 yaşlı mütəxəssislə 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının sonuna qədər müqavilə imzalanıb.

 

Advokat bundan əvvəl Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Belçika və Rusiya yığmalarına başçılıq edib. Klub səviyyəsində Advokat Hollandiya klubları ilə işləyib, eləcə də Rusiyanın “Zenit” klubunu Rusiya çempionu edib, Rusiya Superkubokunun, UEFA Kubokunun və Superkubokunun qalibi olub. Onun son iş yeri Hollandiyanın “AZ Alkmar” klubu olub.

 

 

0