Diniyevin oğlu AZAL-a keçdi
01.02.2014 - 13:07
Cari mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da keçirən Kərim Diniyevin yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, müqavilə ilə “Neftçi”yə məxsus olan 21 yaşlı müdafiəçi AZAL-a keçib.
“Təyyarəçilər” millimizin sabiq baş məşqçisi Şahin Diniyevin oğlu olan Kərimlə il yarımlıq müqavilə bağlayıblar.
Qeyd edək ki, Diniyev 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvüdür.
0
0