Dmitri Nazarov 6 dəqiqə oynadı, komandası 1 xal qazandı
06.04.2015 - 08:26
Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” klubu Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nazarovun komandası səfərdə “Aalen”lə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən matç 2:2 hesabı ilə nəticələnib. Start heyətində yer almayan Nazarov yalnız son 6 dəqiqədə oynama imkanı qazanıb. O, meydana daxil olanda hesab artıq 2:2 olub.
Qeyd edək ki, 27 turdan sonra 45 xal toplayan “Karlsrue” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
0
0