Dmitri Nazarov oynadı, komandası xal itirdi
21.02.2015 - 19:51
Almaniya II Bundesliqasında XXII tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” evdə "Bohum"u qəbul edib.
Oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Komandasının xal itirdiyi oyunda Nazarov meydana 46-cı dəqiqədə daxil olub.
Qeyd edək ki, bu oyundan sonra aktivində 38 xal olan "Karlsrue" 2-ci pillədə qərarlaşıb.
0
0