Dmitri Nazarov yığmaya qələbə ilə gəlir
18.08.2014 - 12:46
Dmitri Nazarov yığmaya qələbə ilə gəlir

Millimizin hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu Almaniyanın “Karlsrue” klubu dünən ölkə kubokunda ilk matçını keçirib. Apasport.az saytının məlumatına görə, Karlsrue təmsilçisi “Noybrandenburq”un qonağı olub.

 

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov 71-ci dəqiqədə ispaniyalı sağ cinah yarımmüdafiəçisi Manuel Torresi əvəzləyib. 24 yaşlı hücumçunun 73 və 74-cü dəqiqələrdə qol vurmaq imkanı olsa da, rəqib qapıçı Aleksander Valter onun sevinməyinə imkan verməyib.

 

Qeyd edək ki, Nazarov bu gündən millinin Özbəkistanla yoldaşlıq oyununun hazırlıqlarında iştirak etməyə başlayacaq. Yığmanın bugünkü açıq məşqi isə saat 18:45-də “Bakcell Arena”da olacaq.