Dodo müqaviləni daha 2 il uzatdı
23.05.2014 - 19:47
Dodo müqaviləni daha 2 il uzatdı

 

"Qəbələ" aparıcı futbolçularından olan Luis Hilario Dodo ilə müqaviləni yeniləyib. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, yeni razılaşmaya əsasən braziliyalı futbolçu daha iki il "qırmızı-qara" formanı geyinəcək.

 

Xatırladaq ki, Dodo 2011-ci ilin yayından "Qəbələ"nin şərəfini qoruyur. Yarımmüdafiəçi komandasının heyətində ən çox oyun keçirən futbolçudur. O, 107 dəfə "Qəbələ"nin uğuru üçün meydançaya çıxıb.

 

Yeni müqavilənin ardından Dodo təəssüratlarını gabalafc.az-la paylaşıb: "Mən dəfələrlə bunu açıqlamışam ki, "Qəbələ"nin formasını geyinməkdən şərəf duyuram. Heç vaxt bu klubu seçdiyimə görə peşman olmamışam. Həmişə rəhbərlikdən və azarkeşlərimizdən dəstək, sevgi görmüşəm. Bu mövsüm qarşımıza qoyduğumuz məqsədə nail olduq. Tariximizdə ilk dəfə Avropa Liqasında çıxış edəcəyik. İstəyirəm ilk addımlarımız uğurlu olsun".