Dodo təkzib edir: “Qəbələ”dən ayrılmamışam
23.05.2014 - 12:30
Dodo təkzib edir: “Qəbələ”dən ayrılmamışam

“Mən komandadan gedəcəyimi deməmişəm”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin braziliyalı futbolçusu Luis Paulo Hilario deyib.

 

Dodo ləqəbli futbolçu “qırmızı-qaralar”dan ayrıldığı barədə xəbərləri təkzib edib: “Düzdü, müqaviləm başa çatır, amma hələ klubdan ayrılmamışam. Mənə yeni müqavilə təklif etməyiblər. Bir neçə klubdan təklif almışam. Harada oynayacağımı bilmirəm. Başqa klublar mənə daha yüksək məvacib təklif ediblər. Hər nə olsa belə, getməyim barədə heç nə deməmişəm. Ola bilər ki, növbəti mövsüm də “Qəbələ”də qalım”.