Dostu kimlər ala bilər ?
03.04.2015 - 00:50
Dostu kimlər ala bilər ?

“Volfsburq”un forvardı Bas Dostu heyətində görmək istəyən komandaların sayı artmaqdadı. Apasport.az  saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, indi də holland hücumçu ilə İngiltərənin “Sautgempton”, “Nyukasl”, “Stok Siti” və “Svonsi Siti” klubları maraqlanır.

 

Hazırda transferi dəyəri 20 milyon avro qiymətləndirilən futbolçu, Almaniya çempionatı  və “Avroliqa”da vurduğu qollarla diqqətləri öz üzərinə çəkə bilib.

 

Qeyd edək ki, Dost builki mövsüm bundesliqa oyunlarında rəqib qapılarından 13 top keçirib.